Tovuzda daha bir Ermənistan vətəndaşı tutulub Hadisə

Tovuzda daha bir Ermənistan vətəndaşı tutulub

Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Ermənistan vətəndaşı olan 20 -22 yaşlı şəxs saxlanılıb.
Onun kimliyi hələlik bilinmir. Ş. Sayılovun sözlərinə görə, dil bilməyən Ermənistan vətəndaşı Bakıya gətirilir.