“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
9 İyun 2021 12:10
2 786
Bakıda sabah işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgilərində müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə sərgi ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, builki sərgidə ziyarətçilər yalnız dəvətnamə ilə iştirak edə biləcəklər: "Yəni adi insanlar üçün sərgi açıq deyil. Nəzərə alsaq ki, sərgilər peşəkar platforma olduğuna görə biz yalnız dəvətnaməsi olan, onlayn qeydiyyatdan keçən mütəxəssislər üçün sərgini açacağıq. Ümid edirəm, bu məhdudiyyətlər yaxın müddətdə götürüləcək və bundan sonra ənənəvi olaraq sərgiləri ziyarət etmək istəyən şəxslər gələ biləcəklər. Amma bu il üçün bəzi məhdudiyyətlər nəzərdə tutulur".
18:33
504
17:40
574
17:12
588