
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, GYB üzvlərinin BMT, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir: "Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar".
Gürcü jurnalistləri bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətin və jurnalist təşkilatlarının baş verənlərə həssaslıq göstərməsini tələb ediblər.
Bəyanatı GYB sədri Manana Salukvadze, GYB üzvləri – Gürcüstanın media araşdırmalar mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalistləri Badri Naçkepiya, Teymur Beridze, Təhməz Təhməzov, Natiya İoseliyani, Gürcüstan televiziyasının sədri, Gürcüstanın əməkdar jurnalisti Tengiz Tixlava, "İmedi" televiziyasının şöbə müdiri, Gürcüstanın əməkdar jurnalisti Beka Oniani, Aztv-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Məmmədov, "Gürcüstan" qəzetinin baş redaktoru, Gürcüstanın əməkdar jurnalisti Xaləddin Yolçuyev və digərləri imzalayıblar.