

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fövqəladə Hallar Nazirliyi (FHN) şimal bölgəsində baş verən yanğınlar barədə yeni məlumat açıqlayıb.
APA-nın xəbərinə görə, FHN-in məlumatında deyilir: "Ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib. FHN-in qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb.
Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da Nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir".
Qeyd olunub ki, yanğınla mübarizəyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.