“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
21 İyun 2021 09:23
2 786
Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” oxucularını yeni göz oxşayan dizaynı ilə sevindirir.
Bundan sonra qəzetin nömrələri üç fərqli müasir dizaynda nəşr olunacaq. Müxtəlif zövqləri nəzərə almaqla hazırlanan çap versiyası oxucu məmnuniyyətini əsas hədəf kimi görür. Artıq qəzetin ilk səhifəsində nömrədə yer alan maraqlı xəbərlərin anonsları ilə tanış olmaq mümkün olacaq. Eləcə də ilk səhifəsində daha çox fotolara yer ayrılması qəzetin dünya media standartlarına uyğun rəngarəngliyini, cəlbediciliyini daha da artırır.
Qəzetlə bağlı digər möhtəşəm xəbər də var! Qəzetin azernews.az veb səhifəsi dünyanın aparıcı qəzetlərinin təcrübəsinə uyğun olaraq, ən müasir informasiya texnologiyalarına əsaslanan yeni rəqəmsal platformaya keçəcək. Qəzet öz onlayn versiyasını yeniləyəcək.
"Azernews" oxucularının tələblərinə cavab vermək üçün yeni texnologiyaları tətbiq etməkdə də davam edir.
Bu yaxınlarda "Azernews" iPad tablet kompüterləri üçün nəzərdə tutulmuş yeni bir tətbiqə başladı. Proqramın pulsuz versiyasını "App Store"dan yükləməklə ən son xəbərlərə, məqalələrə, müsahibələrə və ən keyfiyyətli şəkillərə giriş əldə etmək olar. Əminik ki, innovativ yeniliklər qəzetimizin oxucu auditoriyasını genişləndirəcək, hədəflərimizə çatmağa və beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərməyə imkan verəcək.
19 Mart 17:13
1 120
19 Mart 17:10
1 134
19 Mart 17:09
1 064


