Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə növbəti onlayn görüşü keçirilib Hadisə

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə növbəti onlayn görüşü keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qeyri-hökumət təşkilatları ilə silsilə görüşləri davam edir. Agentlikdən xalqcəbhəsi.az-a verilən məlumata görə, növbəti belə onlayn formatda görüş korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimovun iştirakı iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq perspektivləri barədə geniş danışıb, hazırda icra olunan işlər haqqında müfəssəl məlumat verib və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən söz açıb.
Müşahidə Şurasının üzvü Zaur İbrahimov korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq, Açıq hökumət təşəbbüsləri sahəsində əldə olunmuş naliyyətlər, mövcud problemlər, bu istiqamətlər üzrə islahatalr və çətinliklərin aradan qaldırılmasında QHT-lərin rolu ilə bağlı təqdimatla çıxış edib.
Z.İbrahimov Agentliyin bu məsələlərlə bağlı QHT-lərin təşəbbüslərinin dəstəklənməsi, prioritetlərin müəyyənləşməsi, gələcəyə baxış haqqında fikirlərini bölüşüb. O, bu istiqamətlər üzrə həyata keçirilən islahatların daha səmərəli olması üçün iştirakçılığın və bütün maraqlı tərəflər, o cümlədən QHT-lərlə əməkdaşlığın, səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib. Z.İbrahimov bu istiqamətdə səylərin əlaqələndirilməsi, QHT-lərin potensialının artırılması və iştirakçılığının genişləndirilməsi üçün Agentliyin məsləhətləşmələr və müzakirələrlə müvafiq tədbirlər həyata keçirəcəyini bildirib.
Agentliyin qeyri-hökumət təşkilatları ilə keçirdiyi silsilə sahəvi görüşlərin əhəmiyyətini vurğulayan tədbir iştirakçıları söylənilən fikirlərə münasibət bildiriblər və onların fəaliyyət göstərdikləri sahələrdə aktual olan məsələlərin həllinə dair təkliflərlə çıxış ediblər. Xüsusən, Agentliyin qrant siyasətinin mövcud ehtiyac və prioritetlərə uyğun müəyyənləşməsi, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq sahələrində dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, daha səmərli ictimai nəzarət fəaliyyətlərinin həyata keçirilməsi üçün mövcud çətinliklərin aradan qaldırılmasında öz səlahiyyətləri daxilində dəstək verməsinin vacibliyi qeyd edilib. İctimai Şuraların fəaliyyəti ilə bağlı çətinliklərin həll edilməsi, QHT-lər üçün əlverişli mühitin yaradılması, Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar işlərin sürətləndirilməsi, ictimai sektorda müşahidə olunan neqativ halların aradan qaldırılması kimi təkliflər səsləndirilib.
Korrupsiyaya qarşı mübarizədə, ictimai nəzarət və ictimai iştirakçılığın genişləndirilməsində QHT-lərin daha fəal rol oynaması üçün qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi xüsusilə vurğulanıb və bununla əlaqədar təkliflər qeyd edilib.