Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
28 İyul 2021 16:03
1 897
Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyində 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub.
Trend xəbər verir ki, mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 38 ünvanında - çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşir.
Açılış mərasimində "ASAN Xidmət"in sədri Ülvi Mehdiyev, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, "Azərsu” ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iştirak edib. Onlar birlikdə mərkəzin fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxaraq mərkəzi işə salıblar.
Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan 738 900 vətəndaşın əhatəsində yerləşən "ASAN Kommunal" mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzdə adları çəkilən qurumlara aid 52, ümumilikdə isə 110 növ xidmət göstəriləcək. O cümlədən "Azəriqaz" 21 xidmət göstərəcək ki, bunlara - itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası, abunəçi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir.
Mərkəzdə əməkdaşların sayının 90 nəfər, könüllülərin sayının isə 15 nəfər olması nəzərdə tutulur.
15 Sentyabr 18:33
700
15 Sentyabr 17:40
763
15 Sentyabr 17:12
784