Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
3 Avqust 2021 09:48
2 331
Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun APA-ya verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir. Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki,obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.
15 Sentyabr 18:33
721
15 Sentyabr 17:40
805
15 Sentyabr 17:12
826