Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 11-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 65 269 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 543 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.