İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
26 Avqust 2021 10:41
2 604
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər, o cümlədən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ”HOWO” markalı yük avtomobilinin yol kənarına aşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı sıxılı vəziyyətdə qalan 1 nəfər avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1952-ci il təvəllüdlü İbrahimov Eldar Ənvər oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Nazirliyin dalğıc-axtarış qrupu Sumqayıt şəhərində dənizdə batmış 1 nəfər azyaşlının axtarış işlərinə cəlb olunub.
11:34
931
10:53
980
28 May 11:21
1 568