24 Noyabr 14:26
09:37
301.jpg)
ABŞ-nin Missisipi ştatının sahilləri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə altı nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
"Sahil Mühafizəsi tərəfdaş qurumlarla birlikdə dalğıcların Missisipi ştatının Horn adasından təxminən 2 mil (3,2 km) məsafədə batmış təyyarənin göyərtəsində olan 6 nəfərin hamısını aşkar etməsindən sonra itkin düşmüş 6 şəxsin axtarışlarını çərşənbə günü başa çatdırıb", – deyə məlumatda bildirilir.
"Cessna 210" tipli yüngülmühərrikli təyyarə noyabrın 24-də aviadispetçerlərlə əlaqəni kəsib. Yerli vaxtla saat 15:45 radələrində Sahil Mühafizəsi təyyarənin yoxa çıxması barədə məlumat alıb və təxminən dörd saat davam edən axtarış əməliyyatına başlayıb.
Qurum təyyarənin göyərtəsində kimlərin olduğunu dəqiqləşdirmir. Yerli KİV-in məlumatına görə, söhbət 4 böyük və 2 uşaqdan gedir. Onların hamısı batmış təyyarənin füzelyajının içərisində tapılıb.
Məryəm Quliyeva