“Azərbaycan mətbuatına, ölkədə söz, fikir azadlığına...” Hadisə

“Azərbaycan mətbuatına, ölkədə söz, fikir azadlığına...”

Vüqar Rəhimzadə: "Dövlət və dövlət başçısı tərəfindən həmişə yüksək diqqət göstərilib"

İlham Quliyev: "Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir"

Tofiq Abbasov: "Ölkənin siyasi rəhbərliyi mətbuatın, onun inkişafının mahiyyətini layiqincə dəyərləndirir"

Elman Cəfərli: "Sərəncam Azərbaycan mətbuatının inkişafına təkan, jurnalistlərin peşə fəaliyyətinə stimul verəcək"

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezident Administrasiyasına Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, habelə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri 1 ay müddətində prezidentə təqdim etmək tapşırılıb.
Jurnalistlər ölkə başçısının sərəncamını yüksək dəyərləndiriblər.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, həmişə əlamətdar günlərdə cənab prezidentimiz tərəfindən xüsusi sərəncamlar imzalanıb: "Tədbirlərin keçirilməsi kimi məsələlər də aidiyyatı sərəncamlarda öz əksini tapıb". V. Rəhimzadə dövlət başçısının bu yöndə gördüyü işləri dəstəklədiyini və yüksək formada qiymətləndiridiyini diqqətə çatdırıb: "Azərbaycan mətbuatına, ölkədə söz, fikir azadlığına dövlət və dövlət başçısı tərəfindən həmişə yüksək diqqət göstərilib. Mərhum prezidentr Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi mətbuata da xüsusi önəm verildi, xüsusi diqqət yetirildi, mətbuatın qanunvericlik bazası yardıldı, mətbuat üzərindən dövlət nəzarət mexanizmi götürüldü, senzura ləğv olundu. Aparıcı mətbuat orqanlarına birdəfəlik yardımların verilməsi və mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması kimi prinsiplər önə çəkildi. Bu gün möhtərəm prezidentimiz İlham Əliyev Heydər Əliyev siyasətinə söykənərək, bu xətti uğurla davam etdirir. 2005-ci ildə möhtərəm prezidentimizin xüsusi sərəncamıyla "Əməkdar jurnalist" adının bərpa olunması, ölkənin aparıcı media nümayəndələrinə dövlətin fəxri adlarının verilməsi, təltiflərin verilməsi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrin Dövlət Dəstəyi Fondunun yaradılması kimi görülmüş işlər mətbuatın maddi-texniki imkanlarının yaxşılaşması, eyni zamanda jurnalistlərin peşəkarlıqlarının artırılması yönündə atılmış ən uğurlu addımlardandır. 2010-cu ildə mətbuatın yaranmasının 135 illiyində ənənəvi olaraq, mətbuat işçilərinin təltif olunması, media qurumlarına birdəfəlik yarımların ayrılması bütövlükdə jurnalistika sahəsində çalışan insanlara, jurnalistikaya, söz, fikir azadlıqlarının inkişafına, bütövlükdə mətbuata xüsusi diqqətin, xüsusi qayğının göstəricisidir. Dövlət tərəfindən jurnalistlərə təmirli mənzillərin verilməsi dünyada analoqu olmayan bir hadisədir, dünya tarixinin parlaq hadisələrindən biridir. Bu cənab prezidentimiz tərəfindən mətbuat işçilərinə xüsusi önəmin, diqqətin göstərilməsinin bir nümunəsidir. Bu paradın davamı olaraq, cənab prezidentin 2015-ci ildə Azərbaycan mətbuatının yaranmasının 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirirəm. Bu həmçinin dövlət başçısı tərəfindən mətbuat işçilərinə göstərilən qayğının bir nəticəsidir. Regionlarda, Bakı şəhərində tədbirlərin keçirilməsi, aparıcı media nümayəndələrinin təltif olunması sərəncamda öz əksini tapıb. Bir mətbuat işçisi olaraq, cənab prezidentimizə öz təşəkkürümü bildirirəm ki, bizə belə bir diqqət göstərir. Bizim də borcumuz cənab prezidentin həyata keçirdiyi uğurlu siyasəti yüksək səviyyədə təbliğ etməkdir, bu bizim vətəndaşlıq borcumuzdur".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev vurğulayıb ki, prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı bir daha təsdiq etdi ki, Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir: "Milli mətbuatın bundan əvvəlki yubileyləri dövlət səviyyəsində qeyd edilib. Bu dəfə də dövlətimiz öz prinsiplərinə sadiqliyini nümayiş etdirmiş oldu. Mətbuat hər bir cəmiyyətin inkişafında xüsusi rola malikdir. Əbəs yerə mətbuatı "dördüncü hakimiyyət" adlandırmırlar. Bu baxımdan da milli mətbuatın yaranmasının 140 illiyinə dövlətin xüsusi diqqət ayırması təqdirəlayiqdir. Yubiley tədbirlərinin bütün respublika səviyyəsində qeyd edilməsi, jurnalistlərə fəxri adların verilməsinin nəzərdə tutulması da diqqətin təzahürüdür. Prezident səviyyəsində milli mətbuata bu cür dəstəyin verilməsi başqaları üçün də bir nümunə olmalıdır. Fikrimcə, Azərbaycan mətbuatı müstəqilliyin ilk illərindən dövlətimizin dəstəyini hiss edib. Mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan bu xətt prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Müstəqillik illərində mətbuata özünüidarə imkanları yaradılıb, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Şurasının xətti ilə hər il mətbuata maliyyə yardımı göstərilir. Bütün bunlar mətbuat tərəfindən də yüksək qiymətləndirilir".
Bakupost.az saytının baş redaktoru Tofiq Abbasov söylədi ki, prezidentin sərəncamı vaxtında işıq üzü görmüş sənəddir və o, ilk növbədə mətbuatda çalışanlara bir ciddi siqnaldır ki, hər kəs peşə vəzifəsini vicdanla yerinə yetirsin: "Azərbaycan mətbuatı həqiqətən şanlı yol keçib və onun təməlini qoymuş dahilər öz vacib və əvəzolunmaz işləri ilə bu gün də xələflərə yol göstərirlər. Dövlət başçısı təsadüfən sərəncamda tarixə ekskurs etmir. O bildirir kə, Azərbaycan dövlətinin inkişaf mərhələsində, milli müstəqilliyin ən məsuliyyətli dönəmində mediya mənsubları əhəmiyyətli işlərə qol qoymalıdırlar. Mətbuat proseslərin arxasında deyil, önündə getməlidir və Azərbaycanın siyasi elitası əmin olmalıdır ki, milli mətbuat günü kontekstinə uyğun fəaliyyət göstərir. Təəssüf ki, dünən də, bu gün də Azərbaycan mətbuatında elə ünsürlər var ki, xırda maraqlara qulluq eməklə milli mediyanın imicini korlayırlar, əslində onlar mətbuata deyil, mətbuatı özləri üçün qulluqçiya çevirirlər. Belə üzdəniraq təmsilçilərə meydan vermək olmaz. Prezident İlham Əliyevin sərəncamı bir daha təsdiqləyir ki, ölkənin siyasi rəhbərliyi mətbuatın, onun inkişafının mahiyyəti layiqincə dəyərləndirir və bu sahənin son dərəcə əhəmiyyətli məsələlərinin həllində öz dəstəyini əsirgəmir. Belə münasibətə yalnız səviyyəli peşə fəaliyyəti ilə cavab vermək vacibdir".
"Olaylar" İnformasiya Agentliyinin redaktoru Elman Cəfərli dedi ki,
Azərbaycan prezidenti İlham Əliyevin mətbuatın yaranmasının 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirir: "Bu, Azərbaycan dövlətinin, dövlkət başçısının mətbuatın inkişafını daim diqqətdə saxladığını göstərir. Ölkədə mətbuatın, söz və fikir azadlığının inkişafına dövlət tərəfindən həmişə yüksək diqqət göstərilib. Mərhum prezident Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirirdi. Onun hakimiyyəti dövründə senzuranın aradan qaldırılması, qəzetlərin nəşriyyata olan borclarının silinməsi mətbuata dövlət qayğısının təzahürü idi. Mətbuata dövlət dəstəyi prezident İlham Əliyevin dövründə də davam etdirilib. 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, ölkənin aparıcı media nümayəndələrinə dövlətin fəxri adlarının verilməsi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrin Dövlət Dəstəyi Fondunun yaradılması, redaksiyaları maddi texniki bazalarının möhkəmləndirilməsi və jurnalistləri sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımlar prezidentin mətbuata qayğısının bariz nümunəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidenti istəyir ki, mətbuat güclü, müstəqil, peşakar, jurnalistlərin sosial vəziyyəti yaxşı olsun. Hesab edirəm ki, Azərbaycan Prezidentinin mətbuatın yaranmasının 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam Azərbaycan mətbuatının inkişafına təkan, jurnalistlərin peşə fəaliyyətinə stimul verəcək".
"Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgər vurğuladı ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq qaldı: "Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik" söyləyərək bu sahədə demokratiyanın tələblərinə uyğun islahatların aparılmasını daim diqqətdə saxlayır. Söz, mətbuat azadlığının inkişafına dəstək, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşə bacarığının yüksəldilməsi və hüquqlarının qorunması üçün həyata keçirilən tədbirlər bu istiqamətdə atılan önəmli addımlardandır. Eyni zamanda ayrı-ayrı jurnalistlərin problemlərinin sürətli həlli, son illərdə mediaya göstərilən dəstək bunun bariz nümunəsidir. Azərbaycan mediası da buna adekvat olaraq inkişaf etməli, özünə dövlət dəstəyindən başqa qaynaqlar tapmalıdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan prezidentinin mətbuatın inkişafına göstərdiyi qayğı müvafiq qurumlar tərəfindən ədalətli şəkildə bölünməlidir. Çünki İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və xüsusilə mətbuata qayğısını heç vaxt əksik etmir. Bu sərəncamın icrasını həyata keçirəcək qurumların da bu məsələdə obyektiv olacaqlarına ümid etmək istərdim".

Əli