Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb Hadisə

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (18.01.22, saat 10:00).

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı​ müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi – Xızı: hazırda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan - Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı - Ağsu – Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı – İsmayıllı: yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki - Qax – Zaqatala: yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy: yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən – Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 ​ dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara: marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyatvasitələrinin hərəkəti təmin olunub.

Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.