“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
24 Fevral 2022 10:14
2 436
Prokurorluq Şəmkirdə "Azərişıq" əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
18:33
497
17:40
567
17:12
581