Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
5 Sentyabr 2022 19:46
16 009
5 sentyabr 2022-ci il tarixində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
Səfirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan Səfiri Rusiya mədəniyyət nazirinə qəbula görə təşəkkür etmiş və Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb.
Həmçinin Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Görüş əsnasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq Proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti, habelə müştərək kino layihəsinin yaradılması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.
15 Sentyabr 11:39
847
15 Sentyabr 11:35
826
14 Sentyabr 12:59
1 155