Moskvada Xalq artisti Fərəc Qarayevin 80 illik yubileyi qeyd olunacaq Mədəniyyət

Moskvada Xalq artisti Fərəc Qarayevin 80 illik yubileyi qeyd olunacaq

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin 80 illik yubileyinə həsr olunmuş konsert təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, pianoçu Yakov Katsnelson Rusiyanın Əməkdar artisti Anatoli Levinin rəhbərliyi altında Moskva Konservatoriyasının Simfonik Orkestrinin müşayiəti ilə Motsart və Baxın əsərlərini ifa edəcək.

Fərəc Qarayev Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin oğludur. O, bəstəkarlıq fəaliyyəti ilə yanaşı, pedaqoq kimi də fəaliyyət göstərir, Moskva Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.