ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
19 Oktyabr 2023 20:32
5 292
Oktyabrın 20-si saat 19:00-da Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rusiya Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.
Konsert axşamında A.N.Ostrovskinin əsərlərinin motivləri əsasında yazılmış musiqi əsərləri, habelə görkəmli dramaturqun pyeslərindən məşhur monoloqlar səslənəcək.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, BMA-nın baş müəllimi Lalə Muxtarova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, beynəlxalq müsabiqələrin laureatları Nəriman Əliyev və Emil Malıgin, BMA-nın məzunları Əminət Əhmədova və Nərgiz Məmmədova, həmçinin "Yaşlek" Tatar Gənclər Mərkəzinin gənc istedadları iştirak edəcəklər.
13 Mart 19:49
1 680
13 Mart 11:22
1 918
12 Mart 14:22
2 142