Cənubi Koreyada incəsənət əsərlərini saxlamaq üçün dünyada ən iri anbar tikiləcək Mədəniyyət

Cənubi Koreyada incəsənət əsərlərini saxlamaq üçün dünyada ən iri anbar tikiləcək

Cənubi Koreyanın İnçhon beynəlxalq hava limanı yanında incəsənət əsərlərini saxlamaq üçün ümumi sahəsi 100 min kvadratmetr olan yeni nəhəng anbar tikilir.

AZƏRTAC bu barədə “Artnet news” nəşrinə istinadla xəbər verir.

Yeni saxlama yeri beş mərtəbədən, o cümlədən zirzəmi və müxtəlif ölçülü 138 otaqdan ibarət olacaq. İnşasına 283,3 milyon dollar sərmayə yatırılacaq və dünyada ən iri olacaq bu anbarın tikintisi 2026-cı ildə başa çatacaq. Hava limanının rəhbərliyi ilə müvafiq razılaşmanı “Arshexa” inşaatçılar konsorsiumunun təmsilçiləri imzalayıb.