26 Oktyabr 16:32
26 Oktyabr 13:58
12 Dekabr 2025 11:53
5 873
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə görüşüb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlıq, beynəlxalq festivalların təşkili, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında danışıqlar aparılıb.
Görüşdə tərəflər mədəni diplomatiyanın daha da gücləndirilməsi, yaradıcı mübadilə proqramlarının genişləndirilməsi və gənc yaradıcılar üçün birgə təhsil layihələrinin həyata keçirilməsi məsələlərini də ətraflı müzakirə ediblər. Danışıqların yekununda tərəflər mədəniyyət sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəltmək, xalqlarımızı birləşdirən dəyərləri geniş təbliğ etmək və Azərbaycan-Özbəkistan dostluğunu möhkəmləndirmək istiqamətində praktik tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.
26 Oktyabr 12:27
980
26 Oktyabr 11:47
980
26 Oktyabr 08:28
1 190