Gənc şair Sübhan Allahverdiyevin “Yorğun qanadlar” kitabı təqdim olunub Mədəniyyət

Gənc şair Sübhan Allahverdiyevin “Yorğun qanadlar” kitabı təqdim olunub

Tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Tərəqqi” medallı Əvəz Qurbanlı, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mirəli Məmmədov, ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin baş mütəxəssisi Möhübbət Məmmədov, YAP Saatlı rayon təşkilatının əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və müəllifin tələbə yoldaşları iştirak ediblər.

Təqdimat zamanı gənc şairin yaradıcılığı haqqında fikirlər səsləndirilib, “Yorğun qanadlar” kitabının onun ədəbi fəaliyyətində əhəmiyyətli addım olduğu vurğulanıb. İştirakçılar Sübhan Allahverdiyevə gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Cavid