Hindistan əlavə ABŞ tarifləri səbəbindən İranla ticarəti azaltmağa hazırlaşır
Uitkoff və Kuşnerin Putinlə görüş üçün Moskvaya səfəri gözlənilir
İran XİN ABŞ tariflərinin təhlükəli nəticələri barədə xəbərdarlıq edib
İranın Baş prokuroru iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb
Səfirlik: Türkiyə-Azərbaycan əlaqələri hər sahədə daha da güclənir
11:37
567
Rusiya paytaxtındakı İqor Butman Caz Klubunda azərbaycanlı caz pianoçusu və bəstəkar, Əməkdar artist Şahin Növrəslinin görkəmli musiqiçi, caz muğamının banisi Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert İqor Butman Caz Klubu və Vadim Alxazov Mədəni və Sosial Layihələrin Dəstəklənməsi və İnkişafı Fondu – “Forteforma” tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin və Vaqif Mustafazadə Xeyriyyə Fondunun dəstəyi ilə təşkil olunub.
Moskva səhnəsi üçün xüsusi proqram hazırlanıb. Ev-muzeyinin direktoru və Vaqif Mustafazadə Xeyriyyə Fondunun İdarə Heyətinin sədri Afaq Əliyeva qeyd edib ki, belə sənət axşamları böyük musiqiçinin musiqi irsinin qorunması və inkişaf etdirilməsi üçün xüsusilə vacibdir. O əlavə edib ki, müasir ifaçılar Vaqif Mustafazadənin yolunu davam etdirir, beynəlxalq səhnədə yüksək qiymətləndirilən öz caz üslublarını inkişaf etdirirlər. “Bu gün bu irsin ən görkəmli davamçılarından biri olan Şahin Növrəsli səhnədə həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin musiqisini ifa edir. Məhz bu unikal yanaşma beynəlxalq səviyyədə musiqiçilərimizə olan marağı artırır və onlara Azərbaycanı şöhrətləndirməyə imkan verir”, - deyə o bildirib.
Öz növbəsində, Şahin Növrəsli İqor Butman Caz Klubunda çıxış etməyin böyük şərəf olduğunu vurğulayıb O, tamaşaçıların hərarətli münasibətini və konsertin anşlaqla keçməsini qeyd edərək bildirib ki, bu, təkcə onun solo çıxışına deyil, həm də əsərləri bir neçə musiqiçi nəslinə dərin təsir göstərmiş Vaqif Mustafazadəyə dərin hörmət əlamətidir.
Konsertdə Vaqif Mustafazadənin əsərləri, eləcə də Şahin Növrəslinin muğam və improvizasiyaya əsaslanan, milli ənənə ilə müasir caz düşüncəsini mükəmməl şəkildə birləşdirən orijinal əsərləri səsləndirilib.
11:37
560
13 Yanvar 17:47
1 113
13 Yanvar 12:44
1 232