12:38
189
Mədəniyyət naziri Adil Kərimli İsrailin ölkəmizdəki səfiri Ronen Kraus ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Səfir Ronen Kraus iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.