12:39
329
Almaniyada vətəndaşlıq almaq şərtlərinin sərtləşdirilməsi müzakirə olunur və bu, ukraynalılara da təsir edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Xristian demokratlar koalisiya üzrə tərəfdaşlarına vətəndaşlıq əldə etmək üçün Almaniyada minimum yaşayış müddətini beş ildən səkkiz ilə qaldırmağı, ikili vətəndaşlığa yalnız müstəsna hallarda icazə verməyi (dəyişikliklər artıq iki pasportu olanlara şamil edilməyəcək), alman dili biliyi üzrə tələbləri B1 səviyyəsindən B2 səviyyəsinə yüksəltməyi, eləcə də naturalizasiya gözləmə müddəti boyunca sosial yardım alınmasını qadağan etməyi təklif edirlər.
Bunun müqabilində işləyən və ya peşə təhsili alan əcnəbilər üçün Almaniyada yaşamaq hüququ əldə etmək imkanları genişləndirilə bilər.
Xatırladaq ki, beş il əvvəl müharibənin əvvəlində Almaniyaya gəlmiş ukraynalı qaçqınların artıq gələn il vətəndaşlıq almaq hüququ yaranmalı idi.
Məryəm Quliyeva