“Mezzo” jurnalının növbəti nömrəsində... Mədəniyyət

“Mezzo” jurnalının növbəti nömrəsində...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Mezzo" elmi publisistik informasiya jurnalının 17-ci nömrəsi çapdan çıxıb.
Baş redaktoru Vüqar Hümbətov olan jurnalın bu nömrəsində ənənəvi olaraq bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapıb.
Eyni zamanda, BMA-da keçirilən konsertlər, tədbirlər, konfranslar, ustad dərsləri də jurnalda yer alıb. Bundan başqa, dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər, Xalq Artisti Fərhad Bədəlbəylinin TÜRKSOY-un mükafatına layiq görülməsi və Vyana səfəri, Azərbaycanda ilk dəfə səhnəyə qoyulan "Norma" operası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş musiqili gecə, habelə digər görkəmli bəstəkar və ifaçıların yubiley gecələri, ustad dərsləri və digər məqalələrlə jurnalın bu nömrəsində tanış olmaq olar.