Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
11 Mart 2020 16:05
10 206
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qarabağnamə” tamaşası növbəti dəfə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Martın 29-da nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edəcək.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
15 Sentyabr 11:39
812
15 Sentyabr 11:35
791
14 Sentyabr 12:59
1 127