Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Nasir, ədəbiyyatşünas, publisist

Nasir, ədəbiyyatşünas, publisist Mədəniyyət

Nasir, ədəbiyyatşünas, publisist

İsmayıl Şıxlı insanda dostluğu, aydınlığı və inamı vacib sayırdı

İsmayıl Şıxlı... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. Nasir, ədəbiyyatşünas, publisist, Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlı hələ keçən əsrin 80-ci illərində Sovet rejimində gedən "yumşalma" prosesini görürdü və ona görə də milli taleyimizlə bağlı məsələlərə ziyalı mövqeyindən yanaşırdı. 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistan adlanan ərazidən) soydaşlarımız deportasiya olunarkən o, ağrılı, acılı insanları ruhdan düşməməyə çağırırdı və "Su axan yerdən bir də axar" deməklə bizim dədə-baba yurd yerlərimizə sahib çıxacağımızı söyləyirdi.
İsmayıl Şıxlının qələm adamı, yazıçı olmasında mühitin böyük rolu olmuşdu. Əlbəttə, burada Qazax seminariyasının ab-havası, üstəlik ədəbiyyat müəllimlərinin rolu danılmazdır. Müsahibələrinin birində deyirdi: "Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, S.Vurğunun, Osman Sarıvəllinin adı çəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar".
İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlib və onun cəmi bir şeiri - "Quşlar" şeiri çap olunub. Amma o, şeirdə dayanmayıb nəsrə keçib. Öz ürək sözünü nəsrlə demək istəyib, nəsrdə özünü tapa bilib və istedadlı bir yazıçı kimi özünü nəsrdə təsdiq edib.
İsmayıl Şıxlını tanıyanlar onu şair gözləyirdilər. Ancaq o, nasir oldu. Hətta onun müəllimi Sarı Hüseyndən soruşanda ki, "İsmayıl Şıxlının müəllimi olmusunuz, onun yazıçı olacağını görürdünüzmü?" sualına belə bir cavab verilmişdi: "İsmayılı ədəbiyyat dərnəyindən tanıyırdım. Sözlərinin gün-gündən sərrastlaşdığından, mətləbə tezcə gələ bilməsindən hər şeyi bəlli eləyirdi. Düzü mən onu şair gözləyirdim".
İsmayıl Şıxlı heç olmazsa, bircə şeirinin çap olunması arzusu ilə yaşasa da, bu arzu həyata keçdikdən sonra şair olmaq sevdasından tamam uzaqlaşmışdı. Və bu məsələni sonralar belə xatırlamışdı: "Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim, nəhayət, şeirim çıxdı; kədərlənirdim - heyif ki, bir də şeir yazmayacağam..."
İsmayıl Şıxlının şeirdə özünü tapmaması, məncə, bir sıra səbəblərlə bağlı olmuşdu. Birincisi, xarakterindəki səliqəlilik, zəhmətkeşlik, əqidəli bir insan olmaq qabiliyyəti (hələ gənclik illərindən), qətiyyəti, özünə tənqidi yanaşmaq keyfiyyəti ona nasir kimi daha çox meydan verirdi. İkincisi, 20 yaşlı bir gəncin öz arzuları, romantik dünyası imkan verirdi ki, o, ilk yaradıcılığını şeirlə başlasın, qələmini burada sınasın. Başqa bir tərəfdən, onun gənc çağlarında pərəstiş etdiyi bir şair də olmuşdu. Həmin şairə (Əli Sübhiyə) olan pərəstiş İsmayıl Şıxlının ilk qələm təcrübəsini şeirə bağlamışdı. Bunu İsmayıl Şıxlının verdiyi müsahibələrdən biri də təsdiq edir. O vaxt (gənclik çağı nəzərdə tutulur) "Hansı şairə pərəstiş edirdiniz?" sualına İsmayıl Şıxlı belə cavab vermişdi: "İndi deyəcəyim adı yəqin ki, heç kəs eşitməyib - Əli Sübhi. Qazax 1 nömrəli orta məktəbinin şagirdi Əli Sübhinin o vaxt (İsmayıl Şıxlı gənclik çağını nəzərdə tutur - B.X.) kitabı nəşr olunmuşdu. Bunu mən şeir aləmində az qala Kərəm qəhrəmanlığı hesab eləyirdim. Çox heyif ki, Azərbaycan şeirində belə bir ad göyərib çiçəklənə bilmədi. Sonralar mənimlə cəbhəyə yollanan Əli Sübhinin ömrünə də, şeirlərinə də güllə dəydi".
İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: "Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm. İsmayıl Qəhrəman oğlunun cəmi bircə - "Quşlar" şeiri çap üzü görüb. Şeir həvəsini durna kimi uçurub, köçürüb başqa bir yola göz qoyub".
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək "Konserv qutuları", "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan, ay oğlan?", "Raykom katibi", "Daşkəsən" oçerklərini, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. İsmayıl Şıxlı nəsr sahəsində nəinki özünü tapdı, həm də Azərbayca nəsrinin nəsr qəlibinə salınmasında ilk addım atdı. Özünün sonralar dediyi kimi, "Ayrılan yollar" kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrinin birində deyirdi: "Ayrılan yollar" şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və "Yanar ürək", "Böyük dayaq", "Qara daşlar" kimi romanların yaxşı mənada örnəyi, sələfidir".
"Ayrılan yollar" romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu "Dəli Kür"ə gətirdi. Ancaq İsmayıl Şıxlı "Dəli Kür"dən sonra yeni "Dəli Kür"ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasını əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni "Dəli Kür"ü yazmaması barədə təvazökarlıqla deyirdi: "Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı... Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm".
"Dəli Kür" əsəri "Azərbaycan" jurnalında çap olunduqdan sonra ədəbiyyat aləmində böyük bir hadisə kimi qarşılanmışdı. Bu hadisənin ilk təəssüratını bölüşənlərdən biri və birincisi Mehdi Hüseyn olub. Mehdi Hüseyn ona "Dəli Kür" barəsində 1962-ci ildə belə yazmışdı: "Əzizim İsmayıl! "Dəli Kür"əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə!) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı."

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor