Baş nazirin müavini: Azərbaycan son 5 ildə 350 milyon dollardan artıq yardım göstərib Siyasət

Baş nazirin müavini: Azərbaycan son 5 ildə 350 milyon dollardan artıq yardım göstərib

Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından artıq yardım göstərib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında deyib.

Baş nazirin müavini konfrans iştirakçıların diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində aktiv rol oynamaqda davam edir.

Samir Şərifov iqlim maliyyəsinin davamlı inkişafın mühüm elementinə çevrildiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın bu elementi üzrə də qlobal töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçirilmiş qlobal iqlim konfransında (COP29) “2030 Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nə nail olmaq üçün Bakı Maliyyə Hədəfi kimi tanınan yeni maliyyə hədəfinin qəbul edilməsi, bununla inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikyi ilə bağlı mitiqasiya və adaptasiya ehtiyaclarının qarşılanması üçün inkişafda olan ölkələr tərəfindən ayrılması nəzərdə tutulan maliyyə yardımının 3 dəfəyədək artırılması qlobal əhəmiyyətə malikdir.