Aİ müdafiə komissarı: Rusiya növbəti 2-4 il ərzində NATO-nu sınağa çəkə bilər
FHN yanında İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb
1 İyul 18:20
2 597
Avqustun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) təkrar pul hərracı keçirəcək.
Bu barədə Xalqcebhesi.az-a qurumdan bildirilib.
Məlumata görə, hərraca " Ağdaş Quşçuluq", " Cəlilabad Şərab ", "Salyan Broyler", "Şıxlar Broyler" və “Zaqatala Fındıq " ASC-lərin səhmləri çıxarılacaq.
Sifarişlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalana qədər qəbul olunacaq. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.