Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
28 İyun 13:47
6 454
“Rusiyanın dövlət olaraq xarakteri xaricə qarşı imperialist, daxildəki öz vətəndaşlarına, Rusiyada yaşayan vətəndaşı olan-olmayan qeyri-rus xalqlara qarşı çox aqressiv, diskriminasiya məqsədli siyasət yürütməkdir. Biz bunun zaman-zaman şahidi oluruq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M.Göyüşlü hesab edir ki, bu, Rusiyada müəyyən qrupların deyil, Rusiyada dövlət siyasəti səviyyəsində aparılan, amma yanlış olan bir prosesdir: “Biz indi azərbaycanlılara qarşı da onların diskriminativ, aqressiv davranışını müşahidə edirik. Azərbaycanlı soydaşlarımıza qarşı son törədilən hadisə təbii ki, pislənilməlidir və Rusiyanın aidiyyəti qurumları da bu hadisə ilə bağlı ölçü götürməlidir. Hesab edirəm ki, hadisənin əsl səbəbi araşdırılmalı və onu törədənlər də cəzalandırılmalıdır. Əks təqdirdə, Rusiyanın bu cür davranışları Azərbaycanla münasibətlərdə mənfi amillərin yaranmasına səbəb ola biləcək bir məsələdir”.
Röya İsrafilova
15 Noyabr 13:58
6 454
14 Noyabr 16:16
2 233
14 Noyabr 15:57
2 464