

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“ABŞ ilə Türkiyənin birlikdə hərəkət etmək planları intensivəşdikcə, İsrail bundan çəkinməyə başlayır. Hərçənd ki, Yaxın Şərqdə Türkiyə və ABŞ-nin strateji maraqları fərqli meyarlara söykənir. Lakin ehtimal var ki, ABŞ Yaxın Şərqdə kürd silahlı dəstələri ilə bağlı planını dəyişsin. Bu, Suriya və İraqda Türkiyəyə qarşı silahlı müqavimət göstərən PKK filiallarının sonunu gətirəcək hadisədir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov söyləyib.
Siyasi şərhçinin bildirdiyinə görə, Türkiyə PKK-nın ləğvi kontekstini Suriya və İraqda tamamlasa, bu, onun strateji qələbəsinin davamını Fələstin münaqişəsində axtarmasına gətirib çıxaracaq: “Bu mənada Türkiyənin HƏMAS-a dəstək mexanizmlərinin strateji qollarını həmin proseslərdəki səbəblərdə axtarmaq lazımdır.
Bunların nəticəsində HƏMAS ilə İsrail arasında daimi və həqiqi atəşkəsin əldə edilməsi mümkünsüz variant kimi görünür. Üstəlik, iki tərəfin ideoloji yanaşmalarındakı radikallıq nümunələri də hərbi eskalasiyanın davam etməsinə təkan verir. İsrail buna görə də, HƏMAS-ı tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub, lakin burada geosiyasi tərəflərlə bərabər, hərbi çətinliklər də üzə çıxır. HƏMAS-ın İsrailə qarşı silahlı müqavimət potensialı sıradan çıxmayıb. Bu da onun hərbi cəhətdən təşkilatlana bilmək qabiliyyətinin zəif olmadığını göstərir. Buna baxmayaraq HƏMAS İsrail qarşısında zəif bənddir. HƏMAS-a verilən logistika və maliyyə dəstəklərinin aradan qalxacağı təqdirdə, təşkilatın gündəmi ləğv prosesi ilə silkələnəcək”.
Röya İsrafilova