Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb Gündəm

Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp Türkiyəni Rusiya neftini almağı dayandırmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Amerika lideri Türkiyə prezidentini sərt siyasətçi adlandıraraq, onların “həm müharibə cəbhəsində, həm də ticarətdə əla münasibətləri olduğunu” qeyd edib. "Düşünürəm ki, bu gün hər ikisi haqqında danışacağıq. Mən onun Rusiyadan neft almasını dayandırmasını istərdim", - Tramp bildirib.

Məryəm Quliyeva