Ərdoğanla Tramp arasında görüş başlayıb Dünya

Ərdoğanla Tramp arasında görüş başlayıb

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə iki lider ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla ikitərəfli əməkdaşlığı gücləndirəcək məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, F-35 proqramı, Suriya, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi mövzuların da gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Ağ Evə ilk səfəridir.