Tramp, Ərdoğanla görüşdən sonra sanksiyaları ləğv etməyə hazır olduğunu açıqlayıb Gündəm

Tramp, Ərdoğanla görüşdən sonra sanksiyaları ləğv etməyə hazır olduğunu açıqlayıb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Türkiyəyə qarşı sanksiyaları “dərhal” ləğv etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Amerika lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə gözlənilən görüş uğurlu olarsa, sanksiyaları ləğv etməyə hazır olacaq.

"Bu, çox tezliklə baş verə bilər: yaxşı görüşümüz olsa, demək olar ki, dərhal"— deyə o qeyd edib.

Məryəm Quliyeva