

Ukrayna Prezidenti Volodimir Zelenski, münaqişənin həlli ilə bağlı danışarkən, Rusiya tərəfindən yeni sərhədlərin müəyyən edilməməsi şərti ilə danışıqlara hazır olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözləri RIA Novosti tərəfindən yayımlanıb.
“Cəbhə xətti və ya əlaqə xətti məsələsində biz ilk növbədə diplomatik yola çıxmağa hazırıq. Liderlər atəşkəs barədə razılığa gələ bilər və komandalar müharibənin bitməsi üçün plan hazırlamağa başlaya bilər, amma Rusiya Ukraynada yeni sərhədlər müəyyən etməməlidir”, – deyə Zelenski Varşavada keçirilən təhlükəsizlik forumunda bildirib.
Eyni zamanda, Zelenski Ukraynanın Avropa İttifaqına qoşulması gərəkdiyini və bunun üçün bütün zəruri addımların atıldığını vurğulayıb. O, Avropa inteqrasiyasının "hər hansı bir ölkənin milli siyasəti səbəbindən" ləngiməməsi lazım olduğunu bildirib və ehtimal ki, bu, Macarıstanı nəzərdə tuturdu.
Məryəm Quliyeva