6 Noyabr 17:34
6 Noyabr 15:39
Azərbaycan və Türkiyədən olan jurnalistlər üçün Şuşada media-tur təşkil olunub
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
29 Sentyabr 2025 15:47
2 695
Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib.
Layihəyə görə, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur.
Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırıla bilərlər.