Qəzzada İsrailin zərbələri nəticəsində ölənlərin sayı 66,055-ə çatıb Dünya

Qəzzada İsrailin zərbələri nəticəsində ölənlərin sayı 66,055-ə çatıb

2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 24 saat ərzində 50 nəfər artaraq 66 055-ə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi, İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları verən yazılı açıqlama yayıb. Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 50 nəfər ölüb, 184 nəfər yaralanıb.

Yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasının ardından 18 martdan bu yana İsrail hərbçilərinin Qəzza zolağında başlatdığı hücumlarda 13 min 187 fələstinlinin həyatını itirdiyi, 56 min 305 fələstinlinin isə yaralandığı bildirilib. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 66 min 55, yaralananların sayının isə 168 min 346 nəfərə yüksəldiyi bildirilib.

Məryəm Quliyeva