Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqlənib
Hidayət Heydərov da Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başa çatıb
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdü
17 Oktyabr 2025 16:25
3 752
Birləşmiş Ştatlar Çinlə anlaşacaq, lakin Amerika administrasiyası Çin hökuməti ilə ədalətli ticarət razılaşması əldə etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox Business”a müsahibəsində bildirib.
"Düşünürəm ki, Çinlə anlaşacağıq. Onlarla çox yaxşı anlaşıram. O, çox güclü liderdir, heyrətamiz insandır. Onun həyatı heyrətamiz hekayədir. Bu, əla film olardı. Düşünürəm ki, Çinlə anlaşacağıq, lakin biz ədalətli razılaşma əldə etməliyik. Bu, ədalətli olmalıdır", - dövlət başçısı bildirib. O, bir daha Pekini Vaşinqtonu aldatmaqda ittiham edib. Tramp hesab edir ki, 37-ci prezident Riçard Nikson “bunun baş verməsinə imkan verib”.
Amerika lideri oktyabrın sonu - noyabrın əvvəllərində Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcəyini təsdiqləyib. "Biz bir neçə həftədən sonra görüşəcəyik. Cənubi Koreyada Çinin sədri Si Cinpin və digər şəxslərlə görüşəcəyik. Ayrı-ayrı görüşlərimiz nəzərdə tutulub", - prezident vurğulayıb.
Məryəm Quliyeva