10:49
882
“Qəzzada baş verənlər çox üzücüdür. Nəzərə alsaq ki, Tramp planından sonra Qəzzada sabitliyin bərpa olunacağına və proseslərin razılaşdırılmış şəkildə davam edəcəyinə ümid vardı. Amma faktiki olaraq İsrail və HƏMAS arasında qalan ziddiyyətlər və cəsədlərin tam şəkildə qaytarılmaması İsralin yenidən Qəzzanı bombalaması ilə nəticələndi. Artıq orada 100-dən artıq insanın ölməsi və yüzlərlə yaralının olması da bunun nəticəsidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, zaman-zaman İsrail hökuməti də HƏMAS-ın buraxdığı bu səhvlərdən istifadə etməklə orada bu cür əməliyyatlar aparacaq: “Yəni bu məsələdə düşünürəm ki, ABŞ və Qəzza planını imzalamış təminatçı ölkələr məsələyə ciddi yanaşmalı, bu məsələ ilə bağlı hər iki tərəfə müəyyən təzyiqlər etməlidirlər ki, proses dayansın və Qəzzada əldə edilmiş razılığa uyğun olaraq plan həyata keçirilməyə başlansın”.
Röya İsrafilova