"İranın ABŞ-la qarşıdurmaya getməsi vəziyyəti daha da gərginləşdirəcək" Gündəm

"İranın ABŞ-la qarşıdurmaya getməsi vəziyyəti daha da gərginləşdirəcək"

Ciddi sanksiyalara məruz qalan, iqtisadiyyatı bərbad gündə olan İranın ABŞ-la qarşıdurmaya getməsi vəziyyəti daha da gərginləşdirəcək. İranın dini liderinin ABŞ-ın İranla əməkdaşlığı mümkünsüzdür deməsi qarşıdurmanın daha da dərinləşəcəyindən xəbər verir.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirki deyib.

"Onu da unutmaq olmaz ki, 12 günlük İsrail-İran müharibəsində həmin Əli Xamnei bunkerdən çıxa bilmirdi, danışıqlar aparmaq üçün vasitəçilər axtarırdı.
Hazırda müharibə riski hələ də qalmaqdadır. Ona görə ki, ABŞ heç zaman İranın nüvə silahı əldə etməsinə imkan verməz. Bu ölkənin nüvə silahına sahiblənməsi həm region, həm də Amerika üçün təhlükədir" - deyib politoloq.

O, qeyd edib ki, ümumiyyətlə, aparılan danışıqlara baxmayaraq, İranın ABŞ-la əməkdaşlığı yaxın perspektivdə real görünmür. İslahatçı qanadın təşəbbüslərinin, danışıqlarının bu vaxta qədər effekt verməməsinin başlıca səbəblərindən biri ali dini lideri Əli Xamenei və onun mühafizəkar çevrəsidir: "Əgər İranın bu mühafizəkar qanadı güzəştlərə hazır olub addımlar atsa o zaman müharibə riski aradan qalxar".

Cavid