22:50
217
"Heç bir dövlət rəhbəri istəməz ki, onun ölkəsi və özü məğlub durumda olsun. Artıq bəllidir ki, nəhəng dövlətlər Ukrayna–Rusiya qarşıdurmasının taleyini öz aralarında həll edirlər. Bu prosesdə Kiyevin səsi eşidilmir və onu masaya cəlb etmək niyyətində olan da yoxdur".
Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlaması zamanı politoloq
Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, elə buna görə də prezident Zelenski çox ağır və dolaşıq vəziyyətdən özünə çıxış yolu tapmalıdır: "Bunun üçün o, manevrlərə üstünlük verməli, yarıtmaz oyun fonunda özünə normal imic formalaşdırmağa çalışmalıdır. Məhz bu səbəbdən də Zelenski israrla sülhə qarşı çıxmırıq və sülhün tərəfdarıyıq mesajlarını verir.Zelenskinin ən bağışlanmaz səhvlərindən biri müharibənin ilk aylarında – 2022-ci ilin martında Rusiyanın təklif etdiyi sülh planını nəzərdən qaçırması olub.Həmin vaxt Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gələrək açıq şəkildə bəyan etdi ki, sülhdən söhbət gedə bilməz, Ukrayna mütləq şəkildə savaşda olmalıdır. Bundan sonra sülh və atəşkəslə bağlı bir neçə təşəbbüs olsa da, Kiyev müxtəlif bəhanələrlə bunlardan yayınırdı. Məqsəd Avropanın diktəsi ilə hərəkət etmək, müharibəni uzadaraq Rusiyanın çökməsinə nail olmaq idi. Artıq bu strategiyanın iflasa uğradığı açıq şəkildə görünür. İndi Vaşinqtondan və Moskvadan gələn mesajlar göstərir ki, 28 bəndlik plan gündəmə gətirilib və əsas məqsəd bunu Ukraynaya onun rəyi nəzərə alınmadan qəbul etdirməkdir. Ukraynaya işarə olunur ki, sən artıq məğlub olmusan. Vaxtında Zelenski daha çevik və tədbirli davranmış olsaydı, bu qədər böyük ərazi itkiləri də baş verməzdi.Bu gün yaranmış vəziyyət Ukraynanın gecikmiş qərarlarının nəticəsidir. Zelenski indi yalnız manevr etməklə öz ölkəsini daha ağır fəsadlardan qoruya bilər".
Günel Elxan
23:00
154
22:38
385
10:56
1 141