Makron: Minlərlə fransız əsgəri Ukraynaya göndərilə bilər Gündəm

Makron: Minlərlə fransız əsgəri Ukraynaya göndərilə bilər

Fransa prezidenti Emmanuel Makron Ukraynada atəşkəsdən sonra sülhü qorumaq üçün oraya "minlərlə fransız əsgəri" göndərilə biləcəyini bildirdi.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Le Monde" qəzeti sitat gətirib.

Makron bildirib ki, "Atəşkəsdən sonra Ukraynada sülhü qorumaq üçün minlərlə fransız əsgəri yerləşdirilə bilər".
Eyni zamanda, siyasətçi qeyd edib ki, söhbət "hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində olan" qüvvələrdən getmir. Fransa prezidenti aydınlıq gətirərək bildirib ki, bu, "sülh sazişi imzalandıqdan sonra qüvvələri dəstəkləyən" qüvvələrə aiddir.

Dünən Ukrayna prezidenti Volodymyr Zelensky, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Parisdə münaqişə bitdikdən sonra Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar.

Məryəm Quliyeva