10:58
1 372
Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa Almaniyaya səfərini ləğv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əş-Şaraanın Almaniyaya səfəri yanvarın 20-nə planlaşdırılırdı. Onun Almaniya Prezidenti Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşməsi planlaşdırılırdı.
Bəyanatda deyilir: "Əş-Şara Berlinə səfərini ləğv edib".
Nəşrin müəllifləri səfərin ləğvinin səbəblərini açıqlamayıblar.
Məryəm Quliyeva