23 Oktyabr 14:25
12 Fevral 15:28
3 304
Hindistan hakimiyyəti ABŞ-dan Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və Nyu-Dehlidə bu təklif hazırda öyrənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval brifinqdə bildirib.
“Biz ABŞ-dan Sülh Şurasına qoşulmaq üçün dəvət almışıq. Hazırda bu təklifi nəzərdən keçiririk”, — deyə o bildirib.
Caysval xatırladıb ki, “Hindistan ardıcıl olaraq Yaxın Şərqdə sülhə, sabitliyə və dialoqa töhfə verən təşəbbüsləri dəstəkləyir”. “Baş nazirimiz regionda, o cümlədən Qəzzada uzunmüddətli və davamlı sülhə yol açan təşəbbüsləri alqışlayıb”, — deyə o əlavə edib.
Məryəm Quliyeva
10:49
749
23 Oktyabr 16:11
1 393
23 Oktyabr 14:35
1 316