Pezeşkian: Etirazçı tələbələrlə birbaşa dialoqa hazırıq​​​​​​​ Gündəm

Pezeşkian: Etirazçı tələbələrlə birbaşa dialoqa hazırıq​​​​​​​

İran hakimiyyəti universitetlərdə keçirilən etiraz aksiyaları zamanı tələbələrin irəli sürdüyü tələblərə cavab verməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian bəyan edib.

“Əgər bəziləri etiraz edirsə, onlar öz narazılıqlarını ifadə edə bilərlər. Etiraz sosial həyatın dinamikliyinin əlamətidir və biz universitetlərə gedərək tələbələrlə birbaşa ünsiyyət qurmağa hazırıq”, – deyə Pezeşkian Nazirlər Kabinetinin iclasında bildirib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, o, “hökumət üzvləri universitetlərdə olmalı və dialoq mühitini gücləndirməlidirlər” deyib.

“Bizim vəzifəmiz etiraz edənləri dinləmək və məsələlərin, problemlərin həlli üçün tədbirlər görməkdir”, – deyə prezident əlavə edib.

Məryəm Quliyeva