Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
2 Aprel 10:46
2 233
N.Paşinyan və V.Putinin yetərincə ağır keçən və qarşılıqlı narazı notlarla müşaiyət olunan bugünkü görüşünün nəticəsi hazırki yaz və yay aylarında siyasi temperaturun yüksək dərəcəsində özünü göstərəcək. Müzakirədən daha çox polemikaya bənzəyən görüşdə tərəflər Ermənistanın KTMT-də fəaliyyətinin dayandırılması, keçmiş Qarabağ münaqişəsi ilə bağlı spekulyasiyaların yolverilməzliyi, Avropa Birliyi ilə münasibətlərin inkişaf səviyyəsi ilə bağlı fərqli fikirlər səsləndirdilər.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Elməddin Behbud deyib.
O, qeyd edib ki, bir-birinə antipatiyası aydın sezilən hər iki dövlət rəhbərinin görüşünün kuliminasiyası Putinin Paşinyanı rusiyayönümlü erməni seçici kütləsi və siyasi partiyalar vasitəsi ilə hədələməsi və aldığı cavab oldu. N.Paşinyan çəkinmədən və açıq şəkildə bildirdi ki, Ermənistan Konstitusiyasına görə ancaq bu dövlətin pasportunu daşıyanlar deputatlığa və baş nazirliyə namizəd kimi seçkidə iştirak edə bilərlər:
"İndi Paşinyan Putini "şillələyəndən" sonra İrəvana qayıdacaq. İrəvanda isə Rusiyanın Samvel Karapetyandan Köçəryana qədər "ağır topları" güman ki, onu gül-çiçəklə qarşılamayacaqlar. Təxribat və terror hadisələrinin baş vermə ehtimalı da istisna olunmur".
Cavid
30 İyun 17:36
1 701
30 İyun 16:28
1 407
30 İyun 16:25
1 470