Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
“Praktik nəticələr üçün ABŞ və Rusiyanın razılığı kifayət etmir”
Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək
Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
12:10
623
“ABŞ-nin Hörmüz boğazının bir hissəsini ələ keçirməyə çalışması hesab edirəm ki, indiki şəraitdə qeyri-mümkündür və son dərəcə təhlükəlidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov söyləyib.
Politoloqun bildirdiyinə görə, burada ABŞ üçün ciddi problemlər yarana bilər: “Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı İran və Oman arasında yerləşən beynəlxalq su yoludur və bura ABŞ-nin müdaxiləsi, onun bir hissəsini nəzarətə götürməsi həm bu dövlətlər tərəfindən, həm də bölgə dövlətləri tərəfindən ciddi narazılıqla qarşılana bilər. Eyni zamanda, beynəxalq güclər də bu addıma müqavimət göstərə bilərlər. Söhbət Çindən, Hindistandan, Rusiyadan gedir ki, onların da belə bir addıma qarşı gedəcəyi şübhə doğurmur”.
A.Səmədov qeyd edib ki, belə bir addımın atılması regional müharibə təhlükəsi yarada bilər, iqtisadi cəhətdən əlavə problemlər ortaya çıxa bilər: “Neftin qiymətinin qalxması iqtisadi sabitliyi poza bilər. Bunun da zərərini ilk növbədə ABŞ-nin özü çəkə bilər. Nəhayət, İran özünün malik olduğu ballistik raketlərlə, dronlarla, minalarla ABŞ-nin donanması üçün ciddi təhdidlər, problemlər yaradar və onun Hörmüz boğazında nəzarətini davam etdirməsini qeyri-mümkün edər. Bu səbəbdən mən ABŞ-nin belə bir addım atacağını güman etmirəm”.
Röya İsrafilova