10:29
1 190
Küveyt beynəlxalq hava limanının sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb, hadisə nəticəsində xəsarət alanlar var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Küveytin KUNA informasiya agentliyinin yaydığı bəyanatda deyilir: "Sərnişin terminalı T1-in İran PUA-ları və raketlərinin hücumuna məruz qalmasından sonra Küveyt beynəlxalq hava limanında fövqəladə hallar planı işə salınıb".
Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum "hava limanının bir sıra obyektlərinə ciddi ziyan vurub, xəsarət alanlar var". Hadisə ilə əlaqədar hakimiyyət orqanları növbəti xəbərdarlığa qədər bütün uçuşları dayandırmaq və gələn reysləri digər hava limanlarına yönəltmək barədə qərar qəbul edib.
Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan T1 terminalının PUA zərbələrinə məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hücum "ciddi maddi ziyana" səbəb olub, bir neçə nəfər yaralanıb və onlara lazımi tibbi yardım göstərilib.
Məryəm Quliyeva