Neftin qiyməti 97 dolları ötüb İqtisadiyyat

Neftin qiyməti 97 dolları ötüb

Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb.

“APA-Economics” xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dolları artaraq bir barel üçün 94,98 dollara yüksəlib.

Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti isə 1,14% və ya 1,09 ABŞ dolları artaraq 97,09 dollar təşkil edib.

Qiymət artımına ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin davam etməsi və investorların mümkün təklif məhdudiyyətləri ilə bağlı narahatlıqları təsir göstərib.