Azərbaycanın hərbi attaşesi Gürcüstanda təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin ailəsini ziyarət edib Hadisə

Azərbaycanın hərbi attaşesi Gürcüstanda təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin ailəsini ziyarət edib

Azərbaycanın hərbi attaşesi general-mayor Zaur Zeynalov Türkiyəyə məxsus C-130 təyyarə qəzasında şəhid olan hərbçilərin ailəsini ziyarət edib.

Azərbaycanın Türkiyədəki hərbi attaşesi şəhid Ramazan Yağız, şəhid Akın Karakuş və şəhid Cem Dolapcının ailələrini Amasyada ziyarət edib.

Ziyarət zamanı şəhidlərin ailəsinə başsağlığı mesajı çatdırılıb.

Qeyd edək ki, ötən il noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı şəhid olub.