2 İyun 20:00
13 258
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu gün Azərbaycan Britaniya Kollecinin şagirdlərini qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, görüşün məqsədi onların kolleclərində keçirilən tədbirdə Misirə aid firon geyimləri geyinərək Misiri yüksək səviyyədə təmsil etdikləri üçün təşəkkür etmək idi.
Görüşdə Misir Mədəniyyət Mərkəzinin direktoru Prof. Dr. Tarek Aboul Fotouh uşaqlara nümayiş etdirilən videolar vasitəsilə Misir Ərəb Respublikasının turistik və tarixi məkanları haqqında məlumat verib.
Eyni zamanda, onları müxtəlif Misir universitetlərində təhsil imkanları ilə bağlı məlumatlandırıb. Uşaqlar mərkəzin zəngin kitabxanasını da ziyarət etmiş, burada olan müxtəlif kitablarla yaxından tanış olublar.
Cavid
5 İyun 11:31
1 379
5 İyun 11:31
1 456
5 İyun 08:41
1 470

